BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi

Bu gün, 17:17           
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Nyu-Dehlidə keçirilən BRİKS ölkələrinin görüşü İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında açıq diplomatik qarşıdurmaya səhnə olub.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sammit çərçivəsində BƏƏ-ni İrana qarşı yönəlmiş hərbi əməliyyatlarda birbaşa iştirak etməkdə ittiham edib.

İranın yarı-rəsmi "Mehr" xəbər agentliyinin yaydığı məlumata görə, Əraqçi BƏƏ nümayəndəsinin şərhlərinə cavab verərək kəskin bəyanatlarla çıxış edib.

"Mən birlik naminə bəyanatımda BƏƏ-nin adını çəkmədim. Lakin həqiqət budur ki, BƏƏ ölkəmə qarşı təcavüzdə birbaşa iştirak edib. Hücumlar başlayanda onlar hətta baş verənləri pisləməyə belə lüzum görmədilər",-deyə İran rəsmisi vurğulayıb.

Bu ittihamlar son vaxtlar bölgədə artan gərginlik və Hörmüz boğazı ətrafındakı hərbi fəallıq fonunda xüsusi diqqət çəkib. Tehranın bu kəskin mövqeyi BRİKS daxilindəki körfəz ölkələri ilə münasibətlərin pisləşdiyini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru