ABŞ və Çin ən güclü Al modellərini məhdudlaşdırmağı müzakirə edəcək

Bu gün, 16:18           
ABŞ və Çin ən güclü Al modellərini məhdudlaşdırmağı müzakirə edəcək
ABŞ və Çin nümayəndə heyətləri Pekində keçiriləcək sammitdə ən güclü süni intellekt (Al) modellərinin istifadəsinin məhdudlaşdırılması və qabaqcıl Al sistemlərinə qeyri-dövlət strukturlarının çıxışının qarşısını almağa yönəlmiş ən yaxşı təcrübələr protokolunun hazırlanmasını müzakirə edəcək.
Bu barədə “Reuters” məlumat yayıb.

Məlumatı ABŞ maliyyə naziri Skott Bessent CNBC-yə verdiyi müsahibədə təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqton üçün süni intellekt sahəsində Çinə qarşı üstünlüyü qorumaq “son dərəcə vacibdir” və bu səbəbdən Pekin təhlükəsizlik mexanizmləri və texnologiyanın istifadəsinə dair qaydaların müzakirəsində maraqlıdır.

Bessent vurğulayıb ki, ABŞ innovasiyaları məhdudlaşdırmaq niyyətində deyil, lakin texnoloji inkişafın maksimum səviyyəsi ilə təhlükəsizlik arasında balansın tapılmasını əsas vəzifə hesab edir.

Donald Tramp ilə birlikdə Pekinə gələn böyük ABŞ biznes nümayəndə heyəti də sammitdə iştirak edir. Görüşün əsas mövzularından biri İran böhranının tənzimlənməsi və Hörmüz boğazında gəmiçiliyin bərpası olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru