Vəba yayılır, onlarla insan həyatını itirdi - Bu ölkədə
Bu gün, 00:08
Sudanın Qərbi Kordofan vilayətində azı 75 nəfər xoleradan ölüb, 120-dən çox insan isə xəstəliyə yoluxub.
NOCOMMENT.az xəbər verir ki, virus Fuca, Kəbərə, Qussa və Rəqiq və Liqava rayonlarında yayılıb.
Məlumata görə, şəhərdəki tibb müəssisələri artan xəstə sayını qəbul etməkdə çətinlik çəkir. Bildirilir ki, hər bir xəstənin müalicəsində çoxlu miqdarda venadaxili məhlullara ehtiyacı var. Lakin tibbi ləvazimat və personal çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.
Qeyd edək ki, Sudan 2023-cü ilin aprel ayından etibarən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən silahlı qarşıdurma səbəbindən ağır humanitar böhran yaşayır.