Hökməlidə kimin anbarı tikilir? Abdin Fərzəliyevin yoxsa Anar Quliyevin?
Bu gün, 00:13

Abşeron rayonu, Hökməli qəsəbəsində geniş ərazini əhatə edən tikinti işlərinə başlanıldığı bildirilir. XALQ məlumat verir ki, tikinti işlərinin hansı şəxslər və ya şirkətlər tərəfindən aparıldığı açıqlanmır.
Əldə olunan məlumatlara görə, ərazidə qanunsuz anbar tipli obyektin inşası həyata keçirilir. Lakin tikintinin hansı əsaslarla və hansı rəsmi sənədlərlə aparıldığı barədə açıq məlumat verilmir.
İddialara əsasən, iri həcmli obyektin tikintisi üçün müvafiq rəsmi icazələrin olmadığı bildirilir. Bu isə bir sıra suallar yaradır: belə böyük tikinti layihələri hansı standartlar əsasında həyata keçirilir, təhlükəsizlik və şəhərsalma normalarına necə nəzarət olunur, həmçinin obyektin inşası üçün aidiyyəti dövlət qurumlarının razılığı alınıbmı?
Məsələ ilə bağlı xüsusilə Abşeron Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların mövqeyi maraq doğurur. Tikintinin qanuni əsaslarla aparılıb-aparılmadığı, layihə sənədlərinin və tikinti icazələrinin olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Abdin Fərzəliyev hazırda Abşeron rayonunun icra başçısıdır.
Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:

