Məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində Türkan Şorayın qızı Yağmur Ünal, aşpaz Eren Kesimer və aktrisa Semiha Bezek də daxil olmaqla daha 3 şübhəli saxlanılıb.
Demokrat.az xəbər verir ki, beləliklə, ümumi saxlanılanların sayı 23-ə yüksəlib.
Bakırköy Respublika Prokurorluğu tərəfindən narkotik və ya psixotrop maddə istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyatlarda saxlanılanların sayı artmaqda davam edir.