KAMAL ABDULLA YENƏ HAQLI ÇIXDI

Bu gün, 10:18           
KAMAL ABDULLA YENƏ HAQLI ÇIXDI
Onun keçmiş həyat yoldaşı, AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru və İctimai Elmlər Bölməsinin sədri Gövhər Baxşəliyeva məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bildirib: “Mən jurnalistlərin suallarını cavablandırmıram”,
Baxın, əgər bu qadın yerində olmuş olsaydı, jurnalistlərin suallarına ikicə kəlmə ilə səviyyəli bir cavab verərdi. Amma bunu bacarmayıb, artıq-əskik danışacağından qorxub, başqa sözlə, özünə, ağlına, biliyinə güvənməyib.

Baxmayaraq ki, millət vəkili, vitse-spiker, AMEA-nın vitse-prezidenti vəzifələrində işləyib, indi də böyük bir instituta rəhbərlik edir.
Gövhər Baxşəliyeva Azərbaycan SSRİ-də 17 il (1970-1987) maliyyə naziri işləmiş Baxşəli Baxşəliyevin qızıdır və çox güman ki, bütün karyerası da atası ilə bağlıdır. Təəssüf ki, karyera quran qadınların əksəriyyəti belədir (elə kişilərin də, amma qadınlar çoxluqdadır). Çoxusu məhz kiminsə kölgəsinə sığınanlardır.
Əgər Gövhər xanım evdar qadın olsaydı, bəlkə dəi, həm Kamal müəllimi xoşbəxt edərdi, həm də özü xoşbəxt olardı.
Amma bunu bacarmayıb. Bəlkə də qoymayıblar. Ətraf qoymayıb, mühit qoymayıb. Ta gənc yaşlarından beyninə yeridiblər ki, qadın işləməli, karyera qurmalı, pul qazanmalı, müstəqil olmalı, ər əlinə baxmamalıdır. O da bu yolla gedib və ərinin yox, başqalarının dediklərinə baxıb, "karyerada yüksəlib", amma biliyi, istedadı zərrə qədər irəliləməyib.
Odur ki, indi jurnalistlərə deməyə ikicə kəlmə söz tapmır. "21 əsrdə qadın işləməməlidir nə deməkdir?" sualını xoşlayanlar bir də bu barədə düşünsünlər: 21 yüzildə o boyda AMEA-nın o boyda Şərqşünaslıq İnstitunun direktoru mediadan qaçır. Əsl rüsvayçılıq işləməmək yox, belələrinin işləməsidir, özü də yüksək vəzifədə.
Kamal Abdullanın dediyi də budur. O, yazıçıdır, alimdir, müdrik insandır və nə dediyini çox gözəl bilir.
Sonda onu da bildirim ki, ağıllı, bilikli, müdrik qadınlarımız da var. Ancaq onların sayı çox deyil. Ən yaxşı qadın isə, mənim fikrimcə, evinə, ailəsinə, ərinə, uşaqlarına bağlı, öz yerini bilən qadındır. Əsl qadın bunlardan zövq almalıdır.
Надир Кулиев
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru