M.Ə.Rəsulzadənin Səməd Vurğuna möhtəşəm cavabı

Bu gün, 12:14           
M.Ə.Rəsulzadənin Səməd Vurğuna möhtəşəm cavabı
M.Ə.Rəsulzadənin Səməd Vurğuna möhtəşəm cavabı:
"İndi xəbər verim oxucuma mən.
O "millət rəhbəri" Rəsulzadədən;
Toplamış məclisə Müsəlmanları,
Yağlı vədələrlə tutmuş onları;
Deyir: Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun, qılınc çəkərək,
Parlasın ədalət, mehri-hürriyyət­,
Ucalsın göylərə şərəfi-millət!.­..
-Şarlatan!
-Afərin!
-Rəhbərə bir bax!...
-Vətəni yadlara bunlar satacaq!...
-Bir dayan!
-Nə dedin?
O bir xaindir,
Sözünün pərdəsi millətdir, dindir...
(Səməd Vurğun)
Əlirza Turan xatirələrində qeyd edir ki, "M.Ə. Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, görün S.Vurğun sizin haqqınızda nələr yazıb. Sizsə onu "Çağdaş Azərbaycan ədəbiyyatında" millətçi bir şair kimi təqdim etmisiniz." Onda Əmin bəy deyir ki, "Mən yanılmamışam. Əgər, o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq."
Ətayə Odər Əkbərsoy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru