Sənan Əsədzadə saxlanıldı

Bu gün, 00:11           
Sənan Əsədzadə saxlanıldı
Xəbər verdiyimiz kimi, ötən il çox sayda vətəndaş tərəfindən Sənan Əsədzadənin xaricdən avtomobil gətirmək adı ilə onlardan vəsait alıb, maşınları gətirmədiyi ilə bağlı şikayətlər yayılmışdı. Daxili İşlər Nazirliyinin 2025-ci ilin noyabrında yaydığı məlumata görə, Sənan Əsədzadənin vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi məlum olmuşdu və onun barəsində beynəlxalq axtarış elan edilmişdi.

TEREF Bizim.Media-ya istinadən xəbər verir ki, Sənan Əsədzadə bu gün Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb.

Qeyd edək ki, 27 yaşlı Sənan Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru