Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT

Bu gün, 00:10           
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT
Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır.

Bu barədə Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında bildirilib.

Məlumatda deyilir ki, sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır:

"Qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib. Vətəndaşlara tövsiyə olunur ki, bu cür saxta elanlara etibar etməsinlər, naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər.

Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru