Tacikistanda hicab və saqqal qadağan edildi

Bu gün, 10:38           
Tacikistanda hicab və saqqal qadağan edildi
Tacikistan hökuməti dini ekstremizmlə assosiasiya olunan saqqalın saxlanılmasının, qara hicab və ərəb paltarının geyinilməsinin milli ənənələrə uyğun gəlmədiyini əsas gətirərək qanunvericilik səviyyəsində qadağa qoyub.

Bu barədə Nuz.uz saytı xəbər verir.

Tədbirlər dini radikalizm və ekstremizmə qarşı mübarizəyə yönəlib. Hüquq-mühafizə orqanları qadağaya əməl olunmasına nəzarəti gücləndirib, əhali arasında isə maarifləndirmə işləri aparılır. Hökumət orqanları vurğulayırlar ki, bu cür qərarlar milli kimliyin qorunub saxlanılması üçün qəbul edilib. "Tacik mədəniyyətinə yad" kimi qiymətləndirilən geyimlərin gətirilməsinə və geyilməsinə qoyulan qadağaya xüsusi diqqət yetirilir.

Yerli hökumət orqanlarının nümayəndələri qadınları ənənəvi tacik geyimlərinə üstünlük verməyə çağırırlar. Saqqal saxlayan kişilərə də onları qırxmaq tövsiyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru