Trampdan sensasiyalı açıqlama: "İranın pullarını istifadə edəcəyik"

Bu gün, 08:08           
Trampdan sensasiyalı açıqlama: "İranın pullarını istifadə edəcəyik"
"Vaşinqton İranla müharibəyə çəkilən xərcləri misli ilə geri qaytaracaq".

Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Venesuela ilə belə oldu. Həmin müharibəyə çəkilən xərcləri misli ilə kompensasiya etdik. İranla da eyni olacaq", - Tramp deyib.

Hörmüz boğazından keçərkən zərər görmüş gəmiçilik şirkətlərinə kompensasiya ödənilib-ödənilməyəcəyi ilə bağlı suala cavab verən Tramp bildirib ki, bu məqsədlə ABŞ-nin nəzarətində olan İran vəsaitlərindən istifadə ediləcək.

"Onların vurduğu ziyana görə ödəniş etmək üçün İranın nəzarətimizdə olan pullarından istifadə edəcəyik", - deyə ABŞ prezidenti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru