Ermənistandan Rusiyaya aparılan 40 minə yaxın qızılgül məhv edilib

Bu gün, 11:18           
Ermənistandan Rusiyaya aparılan 40 minə yaxın qızılgül məhv edilib
Rusiyanın Smolensk vilayətində Belarusdan saxta sənədlərlə gətirilməsinə cəhd edilən ermənistanmənşəli böyük qızılgül partiyası məhv edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, qurumun müfəttişləri gömrük əməkdaşları ilə birgə Belarus vətəndaşının idarə etdiyi yük maşınını saxlayıblar. Avtomobil Minsk vilayətindən Moskvaya gedirmiş, müşayiətedici sənədlərdə isə yük sərinləşdirici spirtsiz içkilər kimi göstərilibmiş. Yük hissəsinə baxış zamanı içkilər əvəzinə 39 200 ədəd qızılgül aşkarlanıb. Çiçəklərin fitosanitar sənədləri olmayıb, etiketlərdə isə onların ermənistanmənşəli olduğu göstərilib.

Xatırladaq ki, "Rosselxoznadzor" mayın 22-dən etibarən Ermənistandan çiçək idxalını məhdudlaşdırıb. Səbəb kimi keyfiyyəti bəyan edilən standartlara cavab verməyən yoluxmuş çiçəklər göstərilib. Qurum, həmçinin İrandan da Rusiyaya çatdırılmalar üçün çiçəklərin sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib. "Rosselxoznadzor"dan bildirilib ki, İran məhsulları xarici görünüşünə və qablaşdırmasına görə Ermənistandan olan çiçəklərə oxşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru