İlon Maska bənzəyən aşpaz internet fenomeninə çevrildi - FOTOLAR

Dünən, 15:26           
İlon Maska bənzəyən aşpaz internet fenomeninə çevrildi - FOTOLAR
Çində barbekü üzrə ixtisaslaşmış aşpaz sosial şəbəkə istifadəçilərinin onun amerikalı sahibkar İlon Maska bənzədiyini fərq etməsindən sonra internetdə geniş populyarlıq qazanıb.

Bu barədə "South China Morning Post" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Şensi əyalətinin Tunçuan şəhərində yaşayan 48 yaşlı Ma Tszyanpin mütəmadi olaraq kulinariya bacarıqlarını nümayiş etdirdiyi restoranın müdiri və həmtəsisçisidir. Onun restoranda yemək hazırlayarkən çəkilmiş videosu "Douyin" sosial şəbəkəsində qısa müddətdə viral olub və 1.3 milyondan çox bəyənmə toplayıb.

İstifadəçilər təkcə iki şəxsin zahiri oxşarlığını deyil, həm də aşpazın "Ma" soyadının fonetik baxımdan "Mask" sözünü xatırlatdığını qeyd ediblər. Bundan başqa, sosial şəbəkələrdə süni intellekt vasitəsilə hazırlanmış memlər də yayılıb. Həmin görüntülərdə istifadəçilər Ma Tszyanpinin kostyumlu fotolarını montaj edərək onun İlon Maska bənzərliyini daha da vurğulayıblar.

Əvvəllər sakit olan restorana gələnlərin sayı bu populyarlıqdan sonra iki dəfə artsa da və bir çox müştəri onunla görüşmək, şəkil çəkdirmək üçün gəlsə də, Ma bundan maddi qazanc əldə etmək istəmədiyini bildirib. O, canlı yayımlar aparmaq və bloqerlik karyerasına başlamaqla bağlı təklifləri də qəbul etməyib.
pressklub














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru