Bakıda qızın qopmuş qolu yerinə tikildi - FOTO

Bu gün, 10:36           
Bakıda qızın qopmuş qolu yerinə tikildi - FOTO
Azərbaycanda həkimlər ağır cərrahi əməliyyatla qopmuş qolu bərpa ediblər.

"Cebheinfo.az" xəbər verir ki, 29 yaşlı qızın sol qolu ağır yol-nəqliyyat hadisəsi nəticəsində travmatik amputasiya olunub. O, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib və əməliyyat olunub.

Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və nəticə olaraq xəstənin bilək və barmaqlarında hərəkət funksiyası bərpa edilib.

Qeyd edək ki, qopmuş qolun cərrahi yolla yenidən bədənə tikilməsi tibbdə replantasiya əməliyyatı adlanır və müasir mikrocərrahiyyə sayəsində bu əməliyyatın orta uğur şansı 70% ilə 90% arasındadır. Qol kimi böyük əzələ qrupuna sahib üzvlər qopduqdan sonra 6-8 saat ərzində əməliyyata alınmalıdır. Vaxt keçdikcə əzələ toxumasında ölüm (nekrozlaşma) müşahidə olunur. Bəzən 12-24 saat çəkə bilən əməliyyatdan sonra qolun tam işlək hala dönməsi üçün 1-2 il vaxt tələb olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru