İran Hörmüzü TAMAMİLƏ BAĞLADI

Bu gün, 09:34           
İran Hörmüzü TAMAMİLƏ BAĞLADI
İran tərəfindən təsis edilmiş Fars Körfəzi Su Yollarının İdarə Olunması Təşkilatı (PGSA) Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin tamamilə dayandırıldığını bəyan edib.

Tribuna.az xəbər verir ki, təşkilatın yaydığı məlumatda bildirilir:

“Çoxsaylı müraciətləri nəzərə alaraq diqqətə çatdırırıq: ABŞ silahlı qüvvələrinin bölgədə davam edən təcavüzkar əməlləri səbəbindən hazırda Hörmüz boğazından keçid bağlıdır”.

Bütün müraciətlərə növbəlilik qaydasında baxılacağı, icazələrin isə yalnız “sabitlik və sakitlik bərpa olunduqdan sonra” mərhələli şəkildə veriləcəyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru