Vaşinqton İranın yeni nüvə obyektinə mümkün hücumu nəzərdən keçirir

Bu gün, 10:38           
Vaşinqton İranın yeni nüvə obyektinə mümkün hücumu nəzərdən keçirir
ABŞ bu həftəsonu İranın Natanz yaxınlığındakı Kolanq dağının altında yerləşdiyi iddia edilən yeni nüvə obyektinə zərbələr endirməyi nəzərdən keçirir.

Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, planlaşdırılan əməliyyatın miqyası və hədəflərin tam siyahısı hələ dəqiqləşməyib.

Bununla yanaşı, ABŞ Silahlı Qüvvələrinin həm İranın enerji, həm də nüvə obyektlərinə zərbə endirməyə hazır olduğu bildirilir. /Apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru