Tramp yeni hücum əmri verib: Bir neçə gün davam edəcək

Bu gün, 12:18           
Tramp yeni hücum əmri verib: Bir neçə gün davam edəcək
ABŞ Prezidenti Donald Tramp İranın təslim olmasına nail olmaq üçün yeni hücum əmri verib.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazır ki, hücum bu həftənin sonunda başlaya bilər və bir neçə gün davam edəcək.

Bildirilib ki, Tramp dəfələrlə öz ətrafına İranla bağlanmış anlaşma memorandumunun mənasız olmasından şikayətlənib. İran isə Vaşinqtona etibar etmir.

Qəzet qeyd edib ki, Trampın hərbi güc tətbiq etməklə hədələməsi yalnız diplomatik həllin mümkünlüyünə xələl gətirir.

Qeyd edək ki, “CBS Nyus” ABŞ və İsrailin bu həftə sonu İranın enerji infrastrukturuna irimiqyaslı hücumlar etməyə hazırlaşması, neft emalı zavodları və elektrik stansiyalarını hədəf alacağı barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru