Ərəb milyarder FIFA prezidenti postuna namizəd ola bilər

Bu gün, 17:44           
Ərəb milyarder FIFA prezidenti postuna namizəd ola bilər
Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti, Bəhreyn kral ailəsinin üzvü Şeyx Salman bin İbrahim Əl Xəlifənin gələcəkdə FIFA prezidentliyinə namizəd ola biləcəyi iddia olunur.

Valyuta.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantinonun son qərarları ətrafında yaranan narazılıqlar fonunda Şeyx Salmanın adı mümkün namizədlər sırasında hallanır. O, 2016-cı ildə də FIFA prezidentliyi uğrunda mübarizə aparsa da, seçkilərdə İnfantinoya uduzub.

Qeyd edək ki, hazırda Şeyx Salmanın namizədliyinin irəli sürülməsi və ya FIFA-da yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı rəsmi açıqlama yoxdur. Hazırda bu məsələ futbol dairələrində müzakirə olunan ehtimallar sırasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru