ABŞ-da 11 nəfər saxta yollarla çinlilərə “green card” düzəltməkdə ittiham olundu

13-08-2026, 11:44           
ABŞ-da 11 nəfər saxta yollarla çinlilərə “green card” düzəltməkdə ittiham olundu
ABŞ Ədliyyə Nazirliyi 11 nəfərə çinli vətəndaşların “green card” almasına kömək etmək üçün saxta nikahlar təşkil etdikləri iddiası ilə ittiham irəli sürüb.

Gununsesi.info xəbər verir ki, aparılan istintaqa görə, təqsirləndirilən şəxslər 2016–2026-cı illərdə ABŞ və Çin vətəndaşları arasında saxta nikahlar təşkil edən genişmiqyaslı sxemdə iştirak ediblər.

1000-dən çox şəxsin 100 min dollara qədər ödəniş qarşılığında onların xidmətindən yararlandığı bildirilir.

Təqsirləndirilən şəxslər avqustun 12-də saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.

Onları 15 ilədək həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru