İngiltərə paytaxtında növbəti müəmmalı hadisə

Bu gün, 12:18           
İngiltərə paytaxtında növbəti müəmmalı hadisə
London şəhərində yerləşən tullantıların emalı müəssisəsində baş vermiş yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən cəlb olunub.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, Londonun cənub-şərqindəki Detford ərazisində təxminən 50 ton məişət tullantısının toplandığı hadisə yerinə on beş yanğınsöndürmə texnikası göndərilib. Qatı tüstü səbəbindən vətəndaşlara həmin əraziyə yaxınlaşmamaq və mümkündürsə, evlərin qapı-pəncərələrini örtülü saxlamaq məsləhət görülüb.

Hazırda yanğının hansı səbəbdən qaynaqlandığı bilinmir. Qeyd edək ki, iyun ayında da eyni emal müəssisəsində analoji yanğın hadisəsi baş vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru