ABŞ 40 neft tankerinin Hörmüz boğazından keçdiyini düşünür
Dünən, 09:34
ABŞ rəsmiləri hesab edirlər ki, avqustun 21-də axşam saatlarında təxminən 40 neft tankeri Hörmüz boğazından hər iki istiqamətdə keçib. Bizimyol.info xəbər verir ki, bu barədə “Axios” portalı rəsmi mənbələrə istinadən məlumat verib.
Portalın ABŞ rəsmilərindən əldə etdiyi məlumata görə, tankerlər boğazın cənubundakı dərin sulardan keçən gəmiçilik kanalından istifadə edib.
Məlumata əsasən, həmin keçidlər zamanı boğazdan təxminən 16 milyon barel neft daşınıb.
Bundan əvvəl İraq Prezidenti Nizar Amidi İran hakimiyyətinin bəzi İraq neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verdiyini açıqlamışdı.