Ölümə saniyələr qalmış: 23 yaşlı pilot təyyarəni okeana endirdi - VİDEO

Bu gün, 00:07           
Ölümə saniyələr qalmış: 23 yaşlı pilot təyyarəni okeana endirdi - VİDEO
ABŞ-da 23 yaşlı qadın pilot idarə etdiyi təyyarənin bir neçə sisteminin sıradan çıxmasından sonra olduqca təhlükəli qərar verməli olub. Pilot təyyarəni Atlantik okeanına endirərək qəzanı sağ-salamat keçirməyi bacarıb.

Moderator.az xəbər verir ki, hadisə Florida sahillərində baş verib.

23 yaşlı Feys Tenkli Piper PA-30 təyyarəsi ilə Fort Mayersdən Baham adalarına uçarkən qəfil problemlə üzləşib. Sahildən təxminən 25 kilometr aralıda təyyarənin rabitə sistemi sıradan çıxıb, daha sonra sağ mühərrik işləməyib. Ardınca isə şassi sistemi də fəaliyyətini dayandırıb.

Vəziyyətin təhlükəli olduğunu anlayan pilot Boka Raton hava limanına istiqamət götürüb. Lakin təyyarənin sərt eniş zamanı yanğın təhlükəsi yaratması səbəbindən başqa variant axtarmağa məcbur olub.

Nəticədə qadın pilot təcili olaraq okeana eniş etmək qərarına gəlib.

Pilot sahilə yaxınlaşarkən binalar və digər maneələr arasında manevr edib, daha sonra insanların olmadığı uyğun bir ərazi seçərək təyyarəni suya endirib.

Təyyarə suya çırpıldıqdan sonra ciddi zədələnsə də, pilot kabinədən öz gücü ilə çıxmağı bacarıb. Hadisəni yaxınlıqda yaxtada olan Maykl və Aleksis Arizzi cütlüyü görüb və dərhal Sahil Mühafizəsinə məlumat verib. Xilasedicilər təxminən bir dəqiqə ərzində hadisə yerinə çatıb.

Feys Tenkli bildirib ki, pilot lisenziyasını dörd il əvvəl əldə edib. Onun sözlərinə görə, Boka Raton turistlərin sıx olduğu ərazi olduğundan, suya eniş zamanı insanların olmadığı bir yer seçmək həyati əhəmiyyət daşıyıb.

Hadisənin başvermə səbəbləri hazırda ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən araşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]