Bu deputatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar? – Siyahı

29-01-2026, 08:34           
Bu deputatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar? – Siyahı
Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 1-ci hisssəsində deputatın hansı hallarda mandatından məhrum ediləcəyi göstərilib.
Tribuna.az yeniavaz.com-a istinadən xəbər verir ki, Konstitusiyanın 89-cu maddəsinin 1-ci hisssəsinin 4-cü bəndində açıq şəkildə yazılır ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.


Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, hazırda (28.01.2026) adları aşağıda qeyd olunan millət vəkilləri aktiv vergi ödəyicisi (fərdi sahibkar) hesab olunurlar:
Akimova Elnarə Seydulla qızı (VÖEN – 2902851642) – 46 saylı Sumqayıt beşinci seçki dairəsi;
Seyidzadə Şahin Kamil oğlu (VÖEN – 1700147382) – 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi;
Nəsirov Elman Xudam oğlu (VÖEN – 1501283972) – 42 saylı Cəlilabad kənd seçki dairəsi;
Qədirli Erkin Toğrul oğlu (VÖEN – 1301471522) – 16 saylı Yasamal ikinci seçki dairəsi;
Əliyev Bəxtiyar Həmzə oğlu (VÖEN – 0900411502) – 119 saylı Ağdam seçki dairəsi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]