ABŞ-İran qarşıdurması ətrafında yeni, qəribə geosiyasi gəlişmələr - Üclü Pakt nəyə işarədir?
30-01-2026, 08:51

Qəribə və gözlənilməz hadisələr baş verir, İran ətrafında, xüsusən də ABŞ-ın bu ölkəyə hücum niyyətini bildirdiyi və həm də göstərdiyi ərəfəsi. Və bununla, beynəlxalq gərginlik tam ciddiləşir.
Bu gün səhər məlum olub ki, İran, Çin və Rusiya üçtərəfli Strateji Pakt İmzaladılar. Rəsmi olaraq hərtərəfli üçtərəfli strateji pakt imzaladılar. Yəni bu üç ölkənin hakimiyyət orqanları tərəfdən son onilliklərin əsas vacib geosiyasi hadisələrindən biri kimi xarakterizə edilib. Və hər üç ölkənin də rəsmi dövlət mediası tərəfindən təsdiqlənib bu sazişin imzalanması. Və onlar bunu çoxqütblü dünya nizamının formalaşması istiqamətindəki mühüm strateji addım kimi xarakterizə ediblər.
Və bu da qəribədir ki, sənədin mətni tam olaraq dərc olunmayıb, nədənsə mərhələli şəkildə dərc olunacağı elan edilib. Həm də bildirildiyinə görə bu saziş üç ölkənin iqtisadi əməkdaşlıq və nüvə enerjisi suverenliyindən tutmuş, ta ki diplomatik strategiya və hərbi əməkdaşlığa qədər də geniş məsələlər üzrə mövqelərinin birliyini kodlaşdırır.
Nə demək olar, bu məsələni ilkin analizlə, həm də Paktın ABŞ-İran gərginliyinə təsiri barədə?
Baxmayaraq ki, Paktda 3 ölkənin onlara hücum olarsa, müdafiəyə birgə kömək barədə öhdəliyi yoxdur, yəni ABŞ İrana hücum egərsə Rusiya və ya Çin İran tərəfdə ABŞ-la vuruşmur. Yəni ki bu NATO ya ODKB kimi deyil, ancaq, bəzi qaranlıq və şübhəli qalan hallar, buradan suallar yaradır.
- Niyə, bu boyda böyük sazişin hazırlanması və ya imzalanma vaxtı indiyədək məxfi saxlanılıb və birdən-birə peyda olub?
- Niyə, bu genişlikdə saziş məhz, ABŞ-ın İrana tələbi və hücumu ərəfəsi belə təcili bağlanıb?
- Niyə, bu 3 ölkənin bir-biri ilə belə bir, strateji saziş bağlama dərəcə yaxınlığı gizli saxlanılıb?
- Niyə, bu boyda saziş bağlanmadan sonra bir mətbuat konfransı, açıqlama, izah verilməyib?
- Niyə, sazişin mətni tam açıqlanmır və deyilir ki, mərhələli şəkildə açıqlanacaq. Bu, o demək deyilmi, saziş məhz ABŞ-ın İran ətrafında hərbi qüvvə topladığı günlər qərara alınıb, hələ mətn hazır da deyil və saziş barədə elanı təcili edirlər ki, ABŞ-ın İrana hücumunu qabaqlasın? Yəni ki, bu saziş, canlı qoşun iştirakı olmasa da, İrana silah-sursat, kəşfiyyat və s. yardım imkanı verir və sabah müharibə başlasa, Rusiya və Çin İran üçün bu yardımları etməyə əsasları ola bilsin.
Bəs niyə, sazişdə bir birinə faktiki, canlı qüvvə ilə müdafiə müddəası yoxdur, salınmayıb? Ona görə ki, belə öhdəliklə Rusiya və Çin İrana görə ABŞ-la üz-üzə vuruşub, 3-cü dünya müharibəsi başlatmaq istəmirlər. Necə ki Qərb Ukraynaya hərbi kömək edir, Rusiyanı bataqlığa salır, elə də bunlar İrana kömək edib, ABŞ o hala salma fikrindədirlər. İkinci də, bu müddəa olsa, savaş gedişində Qərb də Ukrayna ilə belə müddəalı saziş bağlayar və Ukraynanı qoşunları ilə tam müdafiə edərlər, Rusiya ilə də savaşa girməklə.
Nə nəticə çıxır?
Çinlə Rusiya üzdə göstərməsələr də dərinində bir-birinə sıx yaxın imişlər, həm İranı yanlarına almaqla, Qərbə qarşı dirəniş maraqları ətraflı. Bununla, üzə çıxdı ki, bu 3 ölkə koalisiya imiş. Bu gəlişmədən sonra ABŞ geri çəkilərsə, İranı Rysiya-Çin silahla doldurub, hərbi güc edərlər! Və silahlı, arxalı mollalar, regionda-dünyada at oynadar. Çəkiləcəksə, Tramp heç başlamazdı.
Bundan sonra, Tramp, ABŞ hər şeyi anlayar və gedib öz koalisiyası NATO-dan, öz müttəfiqləri Avropadan möhkəm yapışar. Daha NATO lazım deyil, Avropa kimdir, Qrenlandiya, Kanada ABŞ ştatıdır, Avropaya iqtisadi təhdidi Tramp bitirər. Və bir də, Tramp bu ara dost dediyi Putini tam tanıdı, ona güzəştli, gözləntili münasibəti tam qurtarar və Ukraynaya güclü yardımlara gedər.
Bu İran məsələsi ciddiləşdikcə, xüsusən də bu saziş, Pakt məsəlısi açıldıqda, Rusiya və Çinin maskaları cırıldı, onların iç üzləri açıldı. Tramp hər şeyi anladı, qarşısındakı koalisiyanı, qütbü gördü. İndi İrana hücum istək yox, məcburiyyət halına gəldi. Və Ukraynaya çox xeyir oldu,: daha ABŞ, Tramp, Avropa oturub da, təcili Ukraynanı Rusiyaya qarşı gücləndirmə barədə düşünərlər.
Ilqar Altay
TEREF

