“AzCake”in rəhbəri Cəlal Babakişiyev çətin durumda: İşçilərin maaşı verilmir?

22-02-2026, 00:10           
“AzCake”in rəhbəri Cəlal Babakişiyev çətin durumda:
Son günlər yerli mətbuatda “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Megastore” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranması, əməkdaşların əmək haqqlarının vaxtında ala bilməmələri ilə bağlı xəbərlər yayılmşdı.

XALQ xəbər verir ki, demokrat.az qeyd olunan məsələ ilə bağlı yeni məlumatlar əldə edib.
Belə ki, əsas problemlərdən biridə “Azcake” brendi ilə bağlıdır.
Rahat marketlər şəbəkəsinin təsisçilərindən biri olan Cəlal Babakişiyevə aid olan bu brend 2014 cü ildə yaradılıb.
Cəlal Babakişiyev bütün “Rahat” marketlərin daxilində həmin biznesin fəaliyyəti üçün xüsusi yerlər götürərək genişləndirib.

Gündəlik şirniyyat məhsullarından tutmuş çorəyə qədər istehsal olunaraq istehlakçılara təqdim olunur.
“Azcake”də ölkə üzrə 1000-dən çox əməkdaş çalışır. Bu işin gözə görünən şəffaf və alıcılara faydalı tərəfi.
Gələk bu biznesin görünməyən tərəfinə. Əldə etdiyimiz məlumata görə uzun müddətdir ki, “Rahat” marketlər şəbəkəsi külli miqdarda vəsaiti “Azcake” şirkətinin hesabına köçürüb. Sonradan isə həmin vəsait divident kimi nağdlaşdırılaraq mənimsənilib.
Qeyd edək ki, “Azcake”in əməkdaşlardan bir neçəsi redaksiyamızla əlaqə saxlayaraq son aylar əmək haqqlarının ödənilmədiyini bildiriblər
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru