NHMT-nın sədri ombusmana müraciət etdi: "İşsiz insanın sosial müdafiəsi ilə əlaqədar ..."
7-03-2026, 00:00

Bildiyiniz kimi ötən ildən ölkənin bir çox dövlət və özəl qurumlarında ixtisarlar gedir,və bu da işsizliyin artması ilə nəticələnir. İşsiz insanın sosial müdafiəsi ilə əlaqədar ölkədə kifayət qədər təkmil qanunlar yoxdur. Bununla əlaqədar mənim xahişimlə Zamig Mammadlinin hazırladığı "müvafiq dövlət qurumları üçün beynəlxalq (Çexiya) təcrübənin xülasəsini diqqətinizə çatdırıram:
-Çexiya Respublikasında işsiz qalan vətəndaş İş İdarəsində (məşğulluq) qeydiyyata düşür. Məşğulluq idarəsinə işaxtaran kimi qeydiyyata düşdüyü gündən onun icbari tibbi sığortası dövlət tərəfindən ödənməyə başlayır.
Bütün proseslər onlayn qaydada, tətbiq üzərindən edilir.
İşsiz qalan son 24 ayın (2 ilin) 12 ayını işləyibsə, son 5 ay müddətində onun sonuncu ay maaşı nə qədər olubsa, Məşğulluq İdarəsinə qeydiyyata düşdüyü vaxt, dövlət tərədindən ilk 2 ay həmin maaşın 65%-ı, 2 ay 50%-ı və son 1 ay 45%-i ödənilir. Əgər işsiz həm də yüksək ev kirayəsı ödəyirsə ,bu halda ona Məşğulluq İdarəsi tərkibində sosial yardım fondu ev kirayəsinin çatmayan hissəsini ödəyir. 5 ay müddətində , işsiz iş idarəsinə hər ay gəlib qeydiyyata düşür və xüsusi ayrılmış idarə işçisi ona ixtisasına və imkanlarına görə iş axtarır. Yaşı 50-ni keçmiş işsizlər üçün işsizlik maaşı 12 ay ödənilir. Çünki 50 yaşdan sonra iş tapmaq çətin olur. Əgər işini itirən birisi son 24 ayda 12 ay işləməyibsə, onda ona işsizlik maaşı verilmir, o birbaşa sosial yardım fonduna müraciət edir. Onda ona ayda (manatla) 400 AZN + ev kirəsınə yardım göstərilir. Ev kirəsı üzrə konkret maksimum məbləğ, şəhərlər üzrə normativ aktlarla, bazar qiymətlərinə görə ödənilir.
Əlbəttə ki işdən çıxdığı üçün icbari tibbi sığortasını da dövlət ödəyir. Bu sistem Almaniyada və başqa Avropa ölkələrində eynidir amma fərq sosial yardımın miqdarındadır. Qərbi Avropa və Skandinaviya ölkələri sosial yardımı daha yüksək verir.
Məsələn: İşsiz (ali təhsilli) rəsmi olaraq 1 yanvardan işsizdir. Gedib işsizlik idarəsinə qeydiyyata düşür. May ayı da daxil ona işsizlik maaşı veriləcək. Bu dövürdə sosial yardıma hələ haqqı yoxdu çünki işsizlik pulu alır. Maydan sonra şəxs sosial yardıma mürəciət edə bilər.Ali təhsilli olduğu üçün rekvalifikasiya kurslarına haqqı yoxdu. İşsiz şəxs hər ay Məşğulluq idarəsinə getməlidi, Məşğulluq İdarəsindəki məmur onun blankda göstərdiyi, hansı işləri axtardığını və hansı dillləri bildiyinə görə elanlara baxır və onu yönləndirir. Şəxs ali təhsilli olduğu üçün Məşğulluq İdarəsi onu məsələn küçə süpürməyə məcburi yollaya bilməz.
Amma ali təhsili olmayan birisini Məşğulluq İdarəsi depolarda işləməyə, anbarlardakı işə belə yollaya bilər. Yəni Məşğulluq idarəsi işsiz üçün iş tapıb bildirişlə onu işə göndərir.Əgər 3 gün müddətinə işə girib girməmək haqqında kağızı gətirmədinsə Məşğulluq İdarəsi səni qeydiyyatdan çıxarır.
Çexiyada bir qayda var: Ən yüksək sosial yardım ən aşağı maaşdan çox ola bilməz! Çünki bu minimal əmək haqqından yüksək olmamalıdır. Motivasiya üçün.
Uşaqlı ailələrə yanaşma fərlidir . Onlara daha çox sosial yardım və ev kirəsı ödənilir. Əlillər və qocalar da öz yerində, amma cavan və sağlam birisini mütləq iş tapmağa məcbur edəcəklər, ya da axırda özləri harasa işə göndərəcək. Çexiyada rekvalifikasiya kursları çox aktualdır. Məşğulluq idarəsi ixtisasını dəyişmək istəyən, hətta iş yerində fərqli sahəyə kemək istəyəndə Məşğulluq İdarəsinə müraciət edərək, akreditasiyadan keçmiş özəl kurslar, peşə məktəbləri və digər bunun kimi qurumlara müraciət edir, pulunu məşğulluq idarəsi ödəyir və şəxs istədiyi və işləyə biləcəyi sahəni seçir: aşpazlıq, mühasibat, IT, tikiş, istehsalat, sürücülük kursları, müxtəlif cihazlar və qurğuların istifadəsi və sairə. Hal hazırda Çexiyada rekvalifikasiya kursları üçün maksimum məbləğ 50000 çex kronudur (4000 AZN) və müddəti 2 ili keçə bilməz.
Bu dəstək fondundan yararlanmaq istəyənlərin 2 öhdəliyi var:
1) kurslara davamiyyət və sertifikasiyadan/yekun imtahandan keçmək,
2) ən çox 90 gün ərzində tələb olunan və ödənən rekvalifikasiya sahəsi üzrə iş tapmaq (və ya iş yerində vəzifəsini dəyişdirmək və sairə) əks halda Məşğulluq İdarəsi şəxs üçün özəl kurs və məkbəblərə ödədiyi məbləği geri istəyə bilər.
Texnologiyanın inkişafı, süni intellekt, vaxtı ilə alınan təhsilin, peşə və biliklərin zamanla köhnəlməsi, yeni-yeni innovasiyalar insanlarda daimi öz peşələrini təkmilləşdirmək və yeniləmək məcburiyyəti yaradır. Ona görə də məşğulluq idarələrinin dəstəyi dolayısı ilə həm yerli əhalinin iş yerlərini itirməmələri, işsizliyin qarşısını almaqla büdcə vergiödəyicilərinin sayını artırmaq, həm də xarici investisiyalar, ölkəyə yeni texnologiyalar gətirənlər üçün yerli mütəxəssislərin olmasını təmin etməkdir.
Mirvari Gahramanli
TEREF

