Gecə həyətimdə maşınımı saxlamışam, mənə cərimə yazıblar... ŞİKAYƏT

7-03-2026, 09:48           
Gecə həyətimdə maşınımı saxlamışam, mənə cərimə yazıblar... ŞİKAYƏT
TEREF vətəndaşın şikayətini təqdim edir. Ümidvarıq ki, aidiyyatlı orqanlar u şikayəti nəzərə alacaqlar.
"Bu şikayət məktubumla müraciət etsəmdə DYP tərəfindən heç bir halda araşdırma aparılmır. Yaşadığım binanın qarşısında hər iki maşınıma haqsız yerə cərimə yazılıb. Özüdə səhər saat 7-də. Bu artıq neçənci dəfədir ki, eyni ərazidə DYP əməkdaşı haqsız cərimə yazır. Xahiş edirəm bunun ictimayəlşdirilməsində köməklik edəsiz. Məkana dair şəkillər əlavə olunub.

Burda dayanma qadağandırsa niyə yerə qırıq xətlər çəkilib ? Niyə dövlət tərəfindən yol çəkilərkən bardiyor yatılı formada, maşınların ora çıxa bilməsi üçün o formada qoyulub? DYP əməkdaşı lazımı qürumlara buranın ləğvi ilə bağlı hansı tədbiri görüb? Deməli bu qəsdən bizə qurulan tələdir ?

Yazılan bu protolokdan şikayətçiyəm.Belə ki, cərimə olunan yer səki deyil.Maşınların ora daxil olması üçün dövlət tərəfindən bardyur, xətlənmə və yer örtüyü təşkil olunub.Piyadalar üçün səki onun yanındadır.Mən o binada yaşayıram və yaşadığım evin qarşısında maşınımı saxlamışam.Hər iki maşınım cərimə olunub.Xahiş edirəm bu məsələ ətraflı araşdırılsın.Özünüzdə şahidi olacaqsız ki, ora səki deyil.77NK083- EQ34370109 və 01BU527 – EQ34370110 bu protokollordan şikayətçiyəm.Xahiş edirəm hər iki protokol araşdırılsın.
Şikayətçi : Rəşad N."
TEREF


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru