"İrandan Bakıya uzanan əllər: Azərbaycan Yazıçılar Birliyini 21 yaşlı Əli Çağla idarə edir?”

7-03-2026, 10:18           
"İrandan Bakıya uzanan əllər: Azərbaycan Yazıçılar Birliyini 21 yaşlı Əli Çağla idarə edir?”
Son aylar Azərbaycan Yazıçılar Birliyi (AYB) ədəbi ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Qurum daxilində baş verən müzakirələr, xüsusilə Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri Sayman Aruzun vəzifədən uzaqlaşdırılması geniş polemikaya səbəb olub.
Hadisələrin mərkəzində özünü yazıçı kimi təqdim edən 21 yaşlı İran vətəndaşı Əli Çağla dayanır. İddialara görə, o, uzun müddətdir yazıçı Həmid Herisçinin yaxın çevrəsinə daxildir və bu əlaqələr vasitəsilə ədəbi dairələrdə tanınır. Əli Çağlanın Bakıya tez-tez səfərləri və bu səfərlərin maliyyə tərəfi ictimaiyyətdə suallar doğurur, çünki gəncin rəsmi iş fəaliyyəti yoxdur.
Məlumata görə, Əli Çağla bəzən AYB binasında xüsusi diqqətlə qarşılanır və “ədəbiyyat üçün mühüm fiqur” kimi təqdim olunur. Bu isə digər gənc və istedadlı yazıçılar arasında narazılıq yaradır.
Sayman Aruzun vəzifədən uzaqlaşdırılması bir çoxları tərəfindən ədalətsiz hesab edilir. Aruz uzun illərdir Güney Azərbaycan mövzusunu gündəmdə saxlayan nadir simalardan biridir. Onun fəaliyyəti təkcə ədəbi sahə ilə məhdudlaşmır, həm də milli kimliyin qorunmasına xidmət edir.
Maraqlıdır ki, son dövrlər ölkəmizə qarşı münasibətdə susqunluq nümayiş etdirən bəzi şəxslər, eyni zamanda, AYB daxilində istədikləri təsiri yarada bilirlər. İctimaiyyət bu xüsusilə İran vətəndaşı Əli Çağlaya olan diqqəti və sevginin səbəbini sual edir. Yazıçılar Birliyinin rəhbərliyinin belə gəncə qucaq açması isə yüzlərlə istedadlı gənc yazıçının kənarda qalması ilə nəticələnir.
Bu sual gündəmdə qalır: İran vətəndaşına qarşı bu xüsusi diqqət nədən qaynaqlanır?
Real Azərbaycan
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru