Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT

Bu gün, 00:02           
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Azərbaycanda 4 nəfərə qarşı dələduzluq edən şəxsin məhkəməsi başa çatıb.

Lent.az xəbər verir ki, 39 yaşlı Mahir Rüstəmli (ad və soyad şərtidir) 4 nəfəri aldadaraq pullarını mənimsəməkdə ittiham olunur.

İttiham aktına görə, o, İsmayıllı rayon sakini olan şəxsin Mədəniyyət Nazirliyinin İsmayıllı rayon regional idarəsində rəis müavini vəzifəsinə düzəlməsinə kömək edəcəyini söz verib. Bunun üçün ondan 11 min manat pul alıb. Sosial şəbəkədə tanış olduğu Qarabağ veteranından ona sosial ev almaq adı ilə 3000 manat pul alıb. Həmçinin Ağcabədi şəhər sakini olan müəllim diaqnostik qiymətləndirmədən keçmək üçün Mahirə “üz tutub”. Bunun üçün o, təqsirləndirilən şəxsə 8 min manat pul verib.

Mahir Rüstəmlinin əməlindən ən çox zərər görən isə Xəyaldır. Belə ki, Mahir Mingəçevir-Ağsu yolundakı istifadə müddəti bitən 1100 işıq dirəyinin sökülməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətindən icazə ala biləcəyini və birlikdə həmin işi işləyib çoxlu gəlir əldə edəcəklərini deyib. Bu vədlə Xəyalın ümumilikdə 50 min manatını mənimsəyib. Mahir zərərçəkənlərdən əldə etdiyi ümumi 72 manatı şəxsi ehtiyaclarına sərf edib.

Zərərçəkənlərin şikayətləri əsasında o saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlərə vurduğu ziyanı tam ödədiyini, onlarla barışdığını, zərərçəkənlərin ona qarşı şikayət və tələblərinin olmadığını deyib. O, həmçinin əməlindən peşman olduğunu bildirərək, barəsində amnistiya qərarının tətbiq olunmasını istəyib.

Məhkəmənin qərarı ilə onun barəsində amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru