Azərbaycanda iqtisadi aktivliyin azalmasını sübut edən daha bir rəsmi açıqlama yayılıb.
Bu gün, 16:02

Rəsmi məlumata əsasən bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 108 117 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % azdır.
Bu nə deməkdir? Bu o deməkdir ki, iqtisadi aktivlik zəifləyib. Ölkədə biznes fəaliyyəti zəifləyib, vergi əməliyyatları azalıb. Vergi uçotu ilə bağlı müraciətlər aşağı düşüb.
TEREF yazır ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyir. O, daha sonra deyir:
Üstəlik rəsmi statistik məlumatda qeyd edilir ki, müraciətlərdən 94,1 %-i ərizə, 5,8 %-i şikayət, 0,1 %-i təklif olub. Yəni cəmi 5.8 faiz şikayət edən olub. Əgər şikayətlər azdırsa, bu insanların şikayət mexanizminə inamasızlığı deməkdir.
Məlumatda daha sonra qeyd edilir ki, “İzah verilib” (36,6 %). Bu ciddi problemdir. Deməli, vergi sistemi mürəkkəbdir. Bu da konkret olaraq iqtisadiyyatda inzibati yükün yüksək olması deməkdir.
Həll olunan müraciətlərin sayı da azdır. Cəmi 61,8 faizi həll olunub.
Deməli, hər 10 nəfərdən təxminən 4-ü ya cavab ala bilmir, ya da problemi həll olunmur.
Vergi sistemindən şikayətlərin mövzusu da sistem problemini göstərir. Əsas şikayətlər, vergi yoxlamaları, borclar, artıq ödənişlərin qaytarılması ilə bağlıdır. Bu o deməkdir ki, rəqəmsal sistem tez-tez səhv hesablayır və ya vətəndaş üçün şəffaf deyil.
TEREF

