“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru

24-04-2026, 15:38           
“The Telegraph” niyə Türkiyədən üzr istədi?
Son günlər Qərb mediasında baş verənlər təsadüfi informasiya xaosu deyil. Bu, daha böyük bir prosesin – yeni “təhlükə obrazı”nın formalaşdırılmasının tərkib hissəsidir.
ABŞ-da fəaliyyət göstərən Responsible Statecraft platformasında dərc olunan məqalədə açıq şəkildə göstərilir ki, Türkiyə ilə İsrail arasında gərginlik reallıqdan çox mediada şişirdilir:
“Relations between the two Middle East powers are about to blow — or at least the media says”
(İki Yaxın Şərq gücü arasında münasibətlər partlama həddinə çatıb — ən azı media belə deyir)
Yəni problem var, amma təqdimat daha böyükdür.
Məsələn, Türkiyə prezidenti Ərdoğanın iki il əvvəlki çıxışı yenidən dövriyyəyə buraxıldı və guya yeni hərbi təhdid kimi təqdim edildi. Bu saxta interpretasiya qısa zamanda sosial şəbəkələrdən çıxaraq əsas media axınına keçdi.
Və proses bununla bitmədi.
Bəzi media qurumları Türkiyəni artıq “next Iran” kimi təqdim etməyə başladı. Bu, sadəcə müqayisə deyil — bu, gələcək siyasətin ideoloji bazasıdır.
Türkiyə xarici işlər naziri Hakan Fidanın fikri isə prosesi açıq şəkildə izah edir:
“Israel is trying to create a new enemy for itself”
(İsrail özü üçün yeni düşmən formalaşdırmağa çalışır)
Bu artıq informasiya yox, strategiyadır.
Bu fonunda Böyük Britaniyanın The Telegraph qəzeti xüsusi qalmaqalın mərkəzinə düşdü. Qəzet Ərdoğanın guya İsraili işğal etməklə hədələdiyini yazdı. Daha sonra isə bu məlumatın əsassız olduğu ortaya çıxdı və nəşr üzr istəməyə məcbur oldu:
“The quotes appear to be old or completely fabricated”
(Sitatlar ya köhnədir, ya da tamamilə uydurmadır)
Amma məsələ burasındadır ki, təkzib həmişə gec gəlir.
İnformasiya əvvəlcə yayılır, təsir edir, sonra düzəldilir. Amma artıq ictimai rəy formalaşmış olur.
Bu gün Türkiyə ilə bağlı “təhlükə” narrativi əvvəlcə mediada qurulur, sonra siyasi ritorikaya keçir. İsrailin baş naziri Netanyahu Türkiyənin regiondakı rolunu açıq şəkildə risk kimi təqdim edir. Keçmiş baş nazir Bennett isə daha irəli gedərək Türkiyəni gələcək “İran” kimi xarakterizə edir.
Yəni proses sistemlidir.
Və ən təhlükəli məqam budur: bu, artıq cəmiyyətlərə də sirayət edir. Sorğular göstərir ki, Türkiyədə İsrailə qarşı münasibət kəskin şəkildə mənfiləşib. Hətta bir çoxları hesab edir ki, İranla bağlı ssenari sabah Türkiyəyə tətbiq oluna bilər.
Bu artıq sadəcə informasiya müharibəsi deyil. Bu, qarşıdurmanın psixoloji mərhələsidir.
Bu kontekstdə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Bakı indiyə qədər dəfələrlə Türkiyə ilə İsrail arasında gərginliyin artmasının qarşısını alıb. Bu iki ölkə ilə paralel strateji münasibət saxlayan nadir aktorlardan biridir.
Amma vəziyyət dəyişir.
Əgər bu qarşıdurma dərinləşərsə, Azərbaycan çox çətin geosiyasi seçim qarşısında qala bilər.
Ona görə də bir həqiqət var:
Bu münasibətləri indi yumşaltmaq lazımdır. Sabah gec ola bilər.
Çünki iti bucaq altında qalan münasibətlər zamanında hamarlanmasa, sonradan düzəltmək mümkün olmur.
Elbeyi Hesenli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru