"Olympus Park" tikinti şirkəti məhkəmə qərarlarını saymır... Evi söküb kompensasiyasını vermirlər

Dünən, 16:18           
"Olympus Park" tikinti şirkəti məhkəmə qərarlarını saymır...
2021-ci ildə Nəsimi rayonu, Azadlıq prospekti 104 ünvanında yerləşən və rəsmi sənədlərlə özlərinə məxsus olan vətəndaşın mənzil və mağazası sökülüb.

Milli.Az xəbər verir ki, sakinlər iddia edir ki, söküntünü həyata keçirən "Olympus Park" tikinti şirkəti əvvəlcə kirayə haqqı ödəsə də, son üç ildə bu ödəniş tamamilə dayandırılıb.

Hazırda ailə üzvləri ümumilikdə 8 nəfər sabit yaşayış yeri olmadan, şəhərin müxtəlif yerlərində, əsasən zirzəmilərdə gecələməyə məcbur olduqlarını bildirirlər. Onlar nə yeni mənzillə təmin olunublar, nə də hər hansı kompensasiya alıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət edilib və apellyasiya instansiyası onların xeyrinə qərar çıxarıb. Lakin iddia olunur ki, bu qərar hələ də icra olunmur və problem həllini tapmayıb.

Məsələ ilə bağlı şirkətdən bildirildi ki, sözügedən daşınmaz əmlakın çıxarışı üzrə sahəsi 35 kv metr təşkil edir:

"Vətəndaşa 50 kv metrdən də artıq müxtəlif mənzil təklif edilib. Bununla yanaşı müvafiq qaydada kompensasiya ödənişi həyata keçirilib. Hazırda vətəndaşın yaşayış səviyyəsinin təmin edilməsi məqsədi ilə kirayə haqqı şirkət tərəfindən ödənilməyə davam edir".

Qeyd edək ki, məsələ məhkəmə icraatındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru