Keçmiş oliqarx-məmur Arif Qaraşov … BU GÜN DƏ QAZANIR… – İLGİNC FAKT

Bu gün, 00:00           
Keçmiş oliqarx-məmur Arif Qaraşov …
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov nə zamandır gözə dəyməsə də, bir ara sabiq MTN şefi Eldar Mahmudovla bağlı Prezidentə etdiyi şikayəti ilə diqqətə gəlmişdi. Keçən il isə Qaraşovun ağır xəstəlik keçirdiyi məlum oldu.

Sabiq oliqarx-məmurlardan olan Arif Qaraşov bu gün də əlində köhnə biznes rıçaqlarını saxlamaqdadır

Bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edən tanınmış jurnalist Fadil Paşayev olduqca ilginc bir məqama toxunub. Yuxarıdakı fotoları ictimailəşdirən jurnalist yazır:

“Gördüyünüz foto XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin binasıdır. Arif Qaraşovun yaratdığı məktəbdir. O məktəb ki, bir şagirdin illik təhsil haqqı 11. 500-12. 500 manatdır. Məktəbdə isə 750 nəfərdən çox şagird təhsil alır. Bilirsiniz, söhbət hansı Qaraşovdan gedir? Uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləyən bir oliqarx məmurdan. İllik gəliri orta hesabla 8 milyon manatdan çoxdur. Bu isə ona məxsus olan kommersiya əsaslı obyektlərdən cəmi birinin qazanc göstəricisidir. Belə “uğur hekayəsini” görən digər məmurlar sizcə nə etməlidirlər?!”

Bir daha xatırladaq ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən cənab Qaraşovun hazırda biznesinə oğlu nəzarət edir və Arif Qaraşov “toxunulmaz” hesab olunan sabiqlərdən hesab olunur…Dia-az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru