Naxçıvanda buda oldu.. Rüşvət vermədiyi üçün irca başçısının təhqirinə məruz qalan Şərur sakini etiraz olaraq avtomobilini yandırıb.

26-04-2026, 10:24           
Naxçıvanda buda oldu..
Etirazçı Faiq Abbasov özünü də yadnırmağa cəhd edib, lakin polis müdaxilə edərək buna imkan verməyib.
Hadisə rayon irca hakimiyyətinin binası qarşısında baş verib.
Bu haqda “Gündəlik Naxçıvan”a Faiq Abbasovun yaxınları məlumat verib.
Yaxınlarının sözlərinə görə, konflikt baçşınım Faiq Abbasovdan yüksək məbləğdə rüşvət istəməsindən sonra yaranıb:
“Faiqin oğlu rayonda açılacaq yeni DOST mərkəzinə mürid kimi namizədliyi irəli sürülüb. Kamal Cəfərov isə buna imkan verməyib. Yəni yüksək məbləğdə rüşvət istəyib.
Bu gün səhər açşı icra hakimiyyəti binasından çıxıb müavinləri ilə iməciliyə gedərkən, Faiq onun qarşısına çıxıb, xahiş edib ki, oğluna mane olmasın. Baçşı da onu pis söyüşlərlə təhqir edib.
Faiq də buna dözməyib, elə onun gözü qarşısında “Kia” markalı maşınını yandırıb. Daha sonra öz üzərinə benzin töküb və yandırmaq istəyərkən polislər imkan verməyib.
Maşını yandıran kimi icra hamikk qaçıb yoxa çıxdı.”
Yaxınlarının sözlərinə görə, hadisədən dərhal sonra Faiq Abbasovu saxlayıb həbs ediblər:
“Şər atırlar ki, guya sərxoş olub, başçını təhqir edib. Səhər tezdən kim sərxoş olur?
Həm də bu adam ümumiyyətlə içki içən deyil. Çox ziyalı, mədəni adamdır.”
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DİN-lə əlaqə saxladıq. Nazirlikdən hadisəni təsdiq etsələr də, əlavə məlumat vermək istəmədilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru