Mamdaninin erməni eşqinin kökləri haqda... - Tural İrfan yazır

Bu gün, 15:38           
Mamdaninin erməni eşqinin kökləri haqda... -
Zöhran Mamdani hind, uqanda əsillidir və İsmaili məzhəbinə mənsubdur. İsmaililər sonralar Fatimilər adı ilə özlərini İmam Cəfər Sadiqin böyük oğlu İmam İsmailin soyuna calayıb Misirdə hakimiyyəti ələ alaraq eyni adlı dövlət qurmuşdular. Hazırda Suriya və Livanda xəyanətkar cəhdləri ilə seçilən Druzlar da eyni qoldan ayrılıblar. İsmaili Fatimi dövlətinin 7 vəziri Livan, Suriya, Fələstin əsilli ermənilər olub və dövləti kiçik yaşlı xəlifələrə vəkalətən çox zaman vəzirlər idarə edib. Səlcuqluların əleyhinə mövqe tutub, Qüdsü Səlcuqlulardan alıb səlibçilərə təhvil veriblər. Sonra Səlahəddin Əyyubi azad edib.
İsmaili Fatimilərin erməni vəzirləri:
1. Bədr əl-Cəmali (1074–1094): Xilafətin əsas səlahiyyətlisi, hərbi diktatura quran ilk erməni vəzirdir.
2. Əl-Əfdal Şahənşah (1094–1121): Bədr əl-Cəmalinin oğludur. Onun dövründə xəlifələr tamamilə vəzirin oyuncağına çevrildi. Saraydan türk əsilli məmurları uzaqlaşdırdı, asdırdı, sürgün etdirdi. Birinci Səlib yürüşü zamanı Fatimi ordusuna rəhbərlik edərək Qüds əhalisini qırğına verməklə şəhəri təslim edib.
3. Kuteyfat (Əbu Əli Əhməd) (1130–1131): Əl-Əfdalın oğludur. Qısa müddət hakimiyyətdə olsa da, hətta dövlət dinini dəyişməyə cəhd edib.
4. Əbu əl-Fəth Yanis (1131–1132): Erməni xristian qulam (hərbi qul) olub, sonra vəzirliyə yüksəlib. Doqquz ay vəzir olduqdan sonra qətlə yetirilib.
5. Bəhram əl-Ərməni (1135–1137): Vəram Pəhlavuni kimi də tanınır. Vəzirlər arasında İslamı, heç İsmaili doktrinasını da qəbul etməyən vəzirlərdəndir. Ermənilərin Misirə kütləvi köçünü təşkil edib.
6. Təlayi ibn Ruzzik (1154–1161): Erməni əsilli digər bir vəzir-Sultandır.
7. Ruzzik ibn Təlayi (1161–1163): Atasının ölümündən sonra vəzir olub.
Zahirdə müsəlman adını saxlayıb Peyğəmbər Əhli Beytini pərdə kimi istifadə edərək altda anti-İslami, Hind - fars dinlərinə məxsus, batini siyasi-ideoloji əsasları İslamdan tam fərqli olan bir din qurublar. Bu gün İrandakı dinin də müəyyən sütunları o əsasları özündə ehtiva edir. Erməni məhəbbəti, İranın da ermənilərə sevgisi buradandır. Fatimilərin erməni vəzirlərinin çoxu öz dinlərində qalaraq dövləti idarə ediblər. Hətta vəzirin biri ümumiyyətlə dövlətin rəsmi dinini də dəyişməyə cəhd edib. İsmaili təriqəti batini təriqətdir. İslam aləminə ilk terror ənənəsini gətirən məşhur Həşşaşilər də məhz İsmaili idilər. Kəbəni dağıdıb Qara Daşı sındırıb, Hacıları öldürüb Zəmzəm quyusuna tökənlər də İsmaili - Qərmətilər idi.
Mamdani hind əsilli bir ailədə, Uqandanın paytaxtı Kampalada dünyaya gəlib. Atası Mahmud Mamdani tanınmış akademik və Uqanda hindlisidir. Anası isə Mira Nair tanınmış hind-amerikalı kinorejissordur. Zöhran Mamdani özünü müsəlman elan edib, lakin... Ailə kökləri baxımından Uqandada yaşayan hindlilər İsmaili icmasına mənsubdurlar. Qeyd edək ki, İsmaililər hazırda Hindistan və Pakistanda çoxluqda yaşayırlar. Lakin rəsmi siyasətində o, konkret məzhəb təəssübkeşliyini gizlədir, batini İsmaili təqiyyə sisteminə uyğun olaraq müsəlman kimliyi ilə önə çıxmağa çalışır ki, ABŞ müsəlmanlarının dəstəyini itirməsin. Ancaq ələ fürsət düşən kimi, erməni təəssübkeşliyi, türk düşmənliyi, müsəlmanların mənafeyinə xəyanət məsələlərində strateji hədəflərə nişan ala bilir.
İsmaili batiniləri xarakter, mahiyyət baxımından İslamı içindən gizli yollarla məhv etmək funskiyasını üstlənib tarixdə bir neçə terror dövləti qurublar. Səlcuqluların, Əyyubilərin ən qatı düşməni olaraq önə çıxıb çoxsaylı terror aktları törədiblər. Səlcuqlu sultanını, vəzir Nizamülmülkü də İsmaili - Həşşaşilər qətlə yetirib... Məhz bu cür ideoloji keçmişləri, lakin üzdə müsəlman kimliyini qorumaları Mamdaninin də Nyu-York şəhərinin tarixdəki ilk "müsəlman meri" kimi qəbul olunmasına gətirib çıxarıb. Özünü "demokratik sosialist" kimi təqdim edərək varlılardan daha çox vergi alınmasını müdafiə etməsi də İsmaili təriqətinin, Qərməti ideolojisinin tərkib hissəsidir. İsmaililər hazırda liderləri olan, 50-ci İmam Ağa Xana qazanclarının beşdən birini vergi olaraq verirlər. O da dünyanın ən varlı adamlarından biridir. Eyni zamanda Qərmətilər də sosial şüarları önə sürüb dövrün kommunistləri kimi ortaya çıxmışdılar.
Mamdani hazırda məzhəbinin ideoloji irsinə sahib çıxaraq erməniləri özlərindən daha artıq müdafiə edir. Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" iftirası ilə çıxış edir və xain kimliyini ortaya qoyur.
Yoxsa ABŞ bu "müsəlman"ı qara qaşına görə mer yapmamış, soyunu-kökünü, tarixini, irsi əqidəsinin hədəflərini, genetik xəyanət dosyasını, strategiyasını bilir...
Tural İrfan, politoloq













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru