SOCAR Azəriqaz İB baş direktoru cənab Azər Məmmədov ARƏM nin müvafiq maddələrini pozmayın...
Bu gün, 00:00

SOCAR Azəriqaz İB cənab Azər Məmmədov ARƏM müvafiq maddələrini pozan işəgötürən bu halda həmin Məcəllənin maddə 310- a əsasən cəzalanmalıdır! Azəriqaz İB Əmək Məcəlləsinin aşağıda qeyd olunan maddələrini mütamadi pozduğu üçün yenidən həmin maddələri diqqətinizə çatdırıram. Zəhmət olmasa əzbərləyin!
Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar
1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:
a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
d) işçini əvəz edə biləcək başqa işçinin olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.
Maddə 104. 3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş ☑️müstəsna(maddə 101) hallarda yol verilir
Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
ARƏM Maddə 164.2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. ✅ İşçinin arzusu ilə,
Belə ki:
02.05.2026–03.05.2026-cı il tarixlərinin qeyri-iş günləri olduğu hamıya məlumdur. Lakin buna baxmayaraq,Regional Qaz İstismar İdarələrinin sahələrində sayğac əməliyyatları üzrə bütün işçilər heç bir tabel qeydiyyatı aparılmadan məcburi şəkildə işə cəlb olunub.
Əgər “ Azəriqaz İB rəhbərliyi sayğacların oxunmasına 4 gün vaxt ayrılırsa, bu işləri cari ayın son 4 iş günündə həyata keçirmək mümkün deyilmi? Yoxsa 450 manat əməkhaqqı alan bir işçini ayın 2 qeyri-iş günündə işlətməyi özünüz üçün “xüsusi bir mənfəət” kimi qiymətləndirirsiniz?
Mirvari Gahramanli
TEREF

