“Hörmüz”lə bağlı SOS: 90 milyon insan fəlakətlə üz-üzədir…
Bu gün, 09:08
“Əgər Hörmüz boğazında gəmilərin hərəkətinə qoyulan məhdudiyyət və blokada ilin ortalarına qədər uzansa, bu, 45 milyon insanın kəskin aclıqla üzləşməsinə, 32 milyon şəxsin isə yoxsulluq həddinə düşməsi ilə nəticələnəcək”. Globalinfo.az xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.
O qeyd edib ki, bu gün boğazda gəmilərin hərəkətinə icazə verilsə belə, logistika zəncirlərinin tam bərpası aylar çəkəcək.
“İndi ikinci ssenarini nəzərdən keçirək. Əgər fasilələr ilin ortalarına qədər davam etsə, 32 milyon insan yoxsulluğa sürüklənəcək, gübrə ehtiyatları tükənəcək, məhsuldarlıq aşağı düşəcək. Həmçinin 45 milyon insan isə kəskin aclıqla üzləşəcək”, – Quterreş vurğulayıb.