Suraxanıda səkini zəbt edib obyekt tikdilər – Video

Dünən, 16:46           
Suraxanıda səkini zəbt edib obyekt tikdilər – Video
Suraxanı rayonunda növbəti qanunsuz tikili sakinlərin narazılığına səbəb olub.

Tribuna.az-a bu barədə yazan sakinlər bildirib ki, Suraxanı rayonunda köhnə suraxanı adlanan ərazidə yol kənarında yeni obyektin inşasına başlanılıb. Bu məqsədlə artıq dəmir konstruksiyalar da qurulub. Sakinlər bildirib ki, tikinti məqsədilə qurulan dəmir konstruksiyalar piyada səkisini zəbt edib.
İşlək olan səkidə aparılan işlər səbəbindən hərəkət etməyə yer qalmayıb. Sakinlər bildirib ki, məktəblilər, körpəli qadınlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədir.
Sakinlər tikili ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirir. Ümid edirlər ki, bu tikili ilə bağlı Suraxanı İH tezliklə tədbir görəcək.
Məsələ ilə bağlı Suraxanı İH-lə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru