Adil Vəliyev Sabunçuda ağacları, parkları restoranlara qurban verir - VİDEO

Bu gün, 00:10           
Adil Vəliyev Sabunçuda ağacları, parkları restoranlara qurban verir - VİDEO
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində park ərazisində aparılan tikinti işləri yerli sakinlərin narazılığına səbəb olub.

Bizimesr.com bildirir ki, yerli sakinlər parkda fəaliyyət göstərən restoranın genişləndirilməsi zamanı yaşıllıq ərazilərinin məhv edilməsindən narahatdılar.

Sakinlər bildirirlər ki, tikinti işləri zamanı bir sıra ağaclar artıq tikinti sahəsinin ortasında qalıb. Onların sözlərinə görə, həmin ağacların yaxın günlərdə kəsiləcəyi ehtimal olunur ki, bu da parkın yaşıllıq sahəsinin azalmasına gətirib çıxara bilər.

Ərazi sakinləri parkın tədricən biznes obyektinə çevrilməsindən narahat olduqlarını vurğulayaraq, yaşıllıqların qorunması və qanunsuz ağac kəsilməsinin qarşısının alınması üçün aidiyyəti qurumların dərhal tədbir görməsini tələb edirlər.

Bizimesr.com-a danışan Bakıxanov qəsəbə sakinləri Sabunçu rayonunda yaşıllıqlara münasibəti tənqid edərək iddia edirlər ki, “Adil Əliyev Sabunçuda ağac qoymadı, ağaclar restoranlara qurban verilir”. Onların sözlərinə görə, rayonun yaşıllıq zonaları tədricən məhv edilir. Sakinlər bildirirlər ki, yeni əkilən ağacların böyüməsi illər tələb etsə də, hazırda şəhəri oksigenlə təmin edən iri ağacların müxtəlif tikinti və icra qərarlarının qurbanına çevrildiyi göz qabağındadır.

Məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyətindən suallarımızı cavablandırmaq istəməyiblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru