Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama

Bu gün, 16:18           
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? -
"Qan analizi verməzdən əvvəl siqaret çəkmək bir sıra laborator göstəriciləri müvəqqəti dəyişərək diaqnostika prosesini çətinləşdirə bilər".

Bu barədə rusiyalı həkim-terapevt Anastasiya Polyakova RT-yə açıqlamasında bildirib.

Ekspertin bildirdiyinə görə, nikotinin orqanizmə təsiri dərhal baş verir. Bu, maddələr mübadiləsi, damarların tonusu və stres hormonlarının miqdarına birbaşa təsir edir.

Polyakovanın sözlərinə görə, siqaret çəkdikdən sonra qanda leykositlərin sayı və qlükoza səviyyəsi arta bilər. Bununla yanaşı, adrenalin, kortizol və digər hormonların konsentrasiyasında da dəyişikliklər mümkündür. Həmçinin, tütün məmulatlarının istifadəsi qanın oksigenlə doymasını, yəni saturasiyanı aşağı sala bilir. O, eyni zamanda dəm qazı ilə zəhərlənmə dərəcəsini müəyyən etmək üçün istifadə edilən karboksihemoqlobin səviyyəsinə də təsir göstərə bilər.

Həkim laborator müayinələrə hazırlıq qaydalarını öncədən müalicə həkimindən və ya laboratoriyadan öyrənməyi tövsiyə edib. Bir qayda olaraq, əksər qan tədqiqatlarından minimum bir-iki saat əvvəl siqaret çəkməmək məsləhət görülür.

Katexolaminlər və ya kortizol kimi nikotinə həssas göstəricilər üzrə analiz verildiyi təqdirdə isə bu imtina müddəti 8-12 saat və ya daha çox ola bilər.

Həkim onu da əlavə edib ki, nikotinsiz veyplərin (elektron siqaret) test nəticələrinə təsiri barədə məlumatlar hələ ki tam yetərli deyil, lakin mövcud araşdırmalar onların da qanın tərkibindəki bəzi göstəriciləri dəyişdirmək xüsusiyyətinə malik olduğunu təsdiq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru