Abel Məhərrəmovun səhhəti ilə bağlı - Açıqlama

13-02-2019, 12:55           
Abel Məhərrəmovun səhhəti ilə bağlı - Açıqlama
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı açıqlama verib.

Dia.az xəbər verir ki, M.Mərdanov Unikal.org-a açıqlamasında Abel Məhərrəmovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib:

“Vallah məndə bu xəbəri ilk dəfə KİV-lərdə oxudum. Dərhal Abel müəllimin özü ilə əlaqə saxlamaq istədim, ancaq telefon zəngimə cavab vermədi. Narahat olub, yenidən yaxınları ilə əlaqə saxladım. Bildirildi ki, Abel müəllim dünən səhər saatlarında özünü narahat hiss etdiyi üçün dərhal xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normaldır. Həkim nəzarəti altındadır”.

Qeyd edək ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra dünən palataya köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru