Rusiyadan məxfi sənədlər yayıldı: Paşinyan belə devriləcəkmiş – SENSASİON

Bu gün, 00:11           
Rusiyadan məxfi sənədlər yayıldı: Paşinyan belə devriləcəkmiş – SENSASİON
Ermənistanda qarşıdan gələn seçkilər öncəsi siyasi proseslərə mümkün xarici müdaxilə ilə bağlı sensasion iddialar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qafqaz Xronikası” portalının yaydığı məlumatda qeyd olunub.

Redaksiya heyəti Rusiya xüsusi xidmət orqanlarına aid olduğu bildirilən məxfi sənədlər əldə edib.

İddialara əsasən, sənədlər hazırkı Rusiya kəşfiyyat zabitlərindən birinin mobil telefonunun haker hücumuna məruz qalması nəticəsində sızdırılıb. Materiallarda Ermənistanda hakimiyyət dəyişikliyi üçün nəzərdə tutulduğu deyilən genişmiqyaslı siyasi strategiyalar əks olunub.

Sızdırılan sənədlərdə informasiya kampaniyaları, təbliğat mexanizmləri, hökumətə qarşı koordinasiyalı fəaliyyət planları, eləcə də ölkədaxili siyasi risklərin təhlili yer alır. Əsas məqsədin isə baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması olduğu bildirilir.

Bundan əlavə, materiallarda bəzi müxalif siyasi qüvvələrin gizli maliyyələşdirilməsi və koordinasiyası ilə bağlı detallı təlimatların da olduğu iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru