Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4.9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qurumun məlumatına əsasən, yerli vaxtla saat 04:26-da (Bakı vaxtı ilə saat 05:26 - red.) qeydə alınan yeraltı təkanların ocağı yerin 8.6 kilometr dərinliyində yerləşib.
"Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde vilayətlərində də hiss olunan 4.9 maqnitudalı zəlzələdən sonra hazırkı saata olan məlumata görə, hər hansı bir mənfi hal qeydə alınmayıb" , - deyə məlumatda vurğulanır.