78 il ötdü... İki dövlətin Unudulan Qəhrəman Dövlət Başçısı.

Bu gün, 00:01           
78 il ötdü...
Cahangirovlar Azərbaycan xalqının tanınmış soylarından biridir. Əcdadları Aydın bəydir. Bax, elə bu gün bu nəslin, bu soyun görkəmli nümayəndələirinin birinin, Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin qurucusu(Qars Şurası) və Araz Türk Cümhuriyyətinin isə hərbi naziri İbrahim bəy Cahangirzadənin vəfat etdiyi gündür. Fəxrlə demək lazımdır ki, Cahangir bəy və cəmisi 6 ay ömür sürən Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin tarixi Türkiyə ilə Azərbaycanın dövətçilik tarixinin müştərək parlaq səhifəsidir.
Lakin həm də təəssüflə də deməliyəm ki, vətən və millət yolunda canından keçməyə hazır olan, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin qurulmasında böyük əməyi olan İbrahim bəy Cahangiroğlunin tam mübarizədə keçən şərəfli həyatı hələ də yaxşı öyrənilməyib və layiqi qiymətini almayıb.
Bir anlığa keçmişə səyahət edək...1924-cü il oktyabrı... Mustafa Kamal Paşa qatarla Ərzuruma gəlir. Səfərin bundan sonrakı, daha dəqiqi son mənzilbaşı Qars olmalı idi. Burda onun pişvazına xüsusi hazırlıq görülürdü. Qarsda qarşılanması mərasimini Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin qurucusu, Qars Bələdiyyəsinin sədri azərbaycanlı İbrahim Cahangirzadə təşkil etmiş, musiqi bəstələnmiş, rəqs də qurulmuşdu. Böyük Atatürk qarşılaşdığı bu sürpriz pişvazdan çox təsirlənmişdi. Bu tədbirdə əməyi keçən hər kəsi müxtəlif hədiyyələrlə mükafatlandırmışdı. Marşın sözləri isə belə idi:
- Cəbhədə mitralyos* ayna kimi parlıyor,
Azəri türkləri bayraq açmış bəkliyor!
Arş, arş iləri, dönməz geri, türkün əsgəri!
Əsgərin, millətin, zəhmin basır sən Kəmal,
Dahisi, qazisi, bilgisisən sən Kəmal!
Sərfinaz eylə bu qədəmləri,
Təbrik eyleriz Qarsa gəlməni!
Yaşa, min sənə yaşa möhtərəm Paşa,
Baş əyib tamam təbrik eyleriz.!
Parlayan yıldızın aləmi tənvir edər,
Cumhuriyyət bayrağın səmalar içrə süzər!
Cəbhədə mitralyos ayna kimi parlıyor.
Azəri türkləri bayraq açmış bəkliyor!
Arş, arş iləri, dönməz geri, türkün əsgəri!
Təbii ki, Cahangir bəyin azərbaycanlı olması sizi çox maraqlandırır. Cahangir bəy 1874-cü ildə İrəvan quberniyasının Gümrü rayonunda varlı ailədə dünyaya göz açmışdı. İbrahim bəy hələ erkən yaşlarında olanda rus, fars və ərəb dillərini mükəmməl öyrənmişdi. 1904-də sadəcə imkanlı şəxslərin təlim keçdiyi Aleksandropol (Gümrü) kazak alayına daxil olur. Lakin burada onun Qarsdakı gizli ''İslam cəmiyyəti'' ilə əlaqələri müəyyən edilərək Dağıstana sürgün edilir.
6 ay sonra əfv edilən İbrahim bəy Qarsa qayıtmış, ermənilərin Qarabağda soyqırım törətdiyini xəbər aldıqda könüllü dəstə toplayaraq qardaşı Həsən xanla birlikdə Qarabağı müdafiəyə yollanır. Sonralar gizli şəkildə ''Difai'' partiyası ilə əlaqələr yaradır və ''İttihad və Tərəqqinin'' üzvü seçilir.
Cahangir bəyin mübarizəsinin coğrafiyas böyükdür. Bu coğrafiyaya və mübarizədə onun 1907-ci ildə isə Təbrizdə Məşrutə hərəkatına qoşulması da var. 1913-cü ildə isə öz mücahidləri ilə birlikdə Ədirnənin bolqarlardan azad edilməsində əsl qəhrəmanlıq şücaətlərini göstərir. Ənvər paşanın istəyi ilə İran və İraq cəbhəsində də vuruşur.
Erməni hücumundan qorunmaq üçün 1918-ci ildə yaradılan Araz-Türk Respublikasının hərbi naziri olan İbrahim bəy 1919-un yanvarında Qars mərkəzli Cənub-Qərbi Qafqaz Hökümətinin başçısı seçilir. Cəmi 6 ay mövcud olan bu hökümət ərazisini gürcü-erməni dəstələrindən qorumaqla tam müstəqil siyasət aparır.
Lakin 1919-cu ildə İngilis ordusunun hücumu nəticəsində hökümət ləğv edilir və İbrahim bəy və digər hökümət üzvləri Maltaya sürgünə göndərilir. 1921-ci ildə o, Nərimanovun səyi ilə sürgündən azad edilərək Tiflisə, oradan da Bakıya gəlir. Ailəsini tapan İbrahim bəy Qarsa qayıdır, bir müddət şəhər valisi və bələdiyə rəisi işləyir. O elə bu şəhərdə 1948-ci ilin 19 mayında həyata gözlərini yumur.
Onun mülkləri haqda bu gün də danışılır, hətda uzaq Çinin Sincan əyalətinə kimi uzanır. Sven Anders Hedin - dünya şöhrətli İsveç səyyahı və jurnalisti 15 avqust 1885-ci ildə tələbəsi Herhard Sanqren ilə Çinə səyahətləri haqda yazdığı xatirələrində İbrahim bəyin də adına rast gəlinir. O, qeyd edir ki, Sincanda, xüsusən də Qulca şəhərində Azərbaycan tacirləri və ziyalıları tərəfindən tikilmiş binalar hələ də qalmaqdadır. İbrahim bəyin burada mədəniyyət mərkəzi kimi xidmət edən birm evi olduğunu və burada təkcə azərbaycanlılar deyil, həm də yerli uyğur və tatar ziyalılarının toplaşdığını sevinclə qeyd edir.
Cahangir bəy adına Rusiyanın NKVD arxivlərində də rastlaşılır. 1930-cu illərdə Sincandan Moskvaya yazılan məktublarda İbrahim bəyi və onun ətrafındakıları tez-tez “təhlükəli panislamistlər” və “türk agentləri” kimi təsvir edirdilər, çünki onlar Sovet nəzarətindən asılı olmayan məktəblər qurmuşdular. İbrahim bəy (bəzən İbrahim bəy Azər kimi də tanınır) Sincanda yüksək rütbəli hərbi xadim kimi qəbul edilirdi və yerli ordu və administrasiyanın təşkilinə kömək etdiyi üçün hörmətli şəxs hesab edilirdi.
İbrahim bəyin Çinə necə gedib çıxıb?
Məsələ ondadır ki, İbrahim bəy Azərbaycan Cümhuriyyəti ordusunun zabiti olub. 1920-ci ildə hakimiyyətin süqutundan sonra o, bir çoxu kimi bolşevikləri qəbul etməkdən imtina edərək Şərqi Türküstanda (Sincan, Çin) məskunlaşmışdı.
Bu gün də Sincanlıların ulu sakinlərinin dilində İbrahim bəy başında da qaragül papaqlı hərbiçi kimi təsvir olunur.
Artıq 1930-cu illərdə Qulca şəhəri Çinin türk xalqları üçün mədəniyyət mərkəzi idi. Bura əsasən qazax və uyğur xalqlarının yaşadığı, Çinə məxsus Sincan vilayətində bir bölgədir. İbrahim bəy və Azərbaycan icması orada bütöv bir məhəllə tikmişdilər.
Azərbaycan məktəbi açıb, eyni zamanda “Şərq həqiqəti” qəzetinin nəşr ediblər. Təbii ki, onun Qulcadakı iqamətgahı yerli Çin evlərindən fərqlənirdi. Məsələn, geniş verandaları və dəmir barmaqlıqları var idi ki, bu da Gəncə və ya Şuşadakı malikanələri xatırladırdı. Onlar burada musiqili gecələr keçirir və Üzeyir bəyin tamaşalarını səhnələşdirirdilər.
İbrahim bəy və digərləri NKVD təzyiqi altında həbsm də edilib..
Yinin şəhərində həmin azərbaycanlıların nəsillərinin yaşadığı tarixi bir məhəllə qalıb. Lövhələrin çoxu Çin Mədəni İnqilabı zamanı sökülsə də, özünəməxsus kərpic işləri olan köhnə evlər hələ də qalmaqdadır. Yerli sakinlər və bələdçilər gələn turistlərə bu yerləri tez-tez “varlı bakılılar” tərəfindən tikilmiş evlər kimi göstərirlər.
https://www.adalet.az/.../cinde-azerbaycan-binalari-tiken...
https://ali-shamil.tr.gg/%26%23304%3Bbrahim-b%26%23601...
sözardı: Onun rəhbərliyində Araz Türk respublikasının hökumət tərkibi isə belə olub: sədr – Əmir bəy Zamanbəyzadə, hərbi nazir-İbrahim bəy Cahangirzadə, maliyyə naziri- Qəmərəli bəy Bənənyarlı, kənd təsərrüfatı naziri – Bağır bəy Rzazadə, ədliyyə naziri – Məmməd Bəyzadə, xarici işlər naziri – Həsən bəy Şərifzadə, şeyxülislam – Mirzə hüseyn Vaizi İrəvanlı və müfti – Xoca Əkid əfəndi
Cenûb-i Garbî Kafkas Hükümet-inde yer alan ve Malta'ya sürülen şəxslərin adları:
Cihangirzade İbrahim Bey Cumhurbaşkanı
Cihangirzade Aziz Bey Adalet Bakanı
Alibeyzade Mehmed Be Kars Valisi
Cihangirzade Hasan Han Savunma Bakanı
Mehmetoğlu Muhlis Bey PTT Genel Müdürü
Matvey Radjinski Rus Şura üyesi
Musa Salah Bey Polis Müdürü
Pavlo Camusev Rum Şura Üyesi
Tevhidüddin Mamiloğlu Emniyet Müdürü (Orenburglu Kazak Türkü)
Stefani Vafiades Rum Şura Üyesi, Sosyal Yardım Bakanı
Yusufoğlu Yusuf Bey Şura Üyesi, Gıda Bakanı.
sözardı2. Cahangirovların hazırda Bakıda yaşayan qolu Tarverdiyev soyadını daşıyır. İbrahim bəyin oğlu Aydın bəy İstanbulda, qızları Aytən və Ruhiyyə xanımın isə Ankarada yaşadıqları məlumdur. Onun birinci arvaddan olan oğlu Qarsda vəfat etmişdir. İbrahim bəy Türkiyədə yaşayan azərbaycanlı mühacirlərlə, o cümlədən Əhməd bəy Ağaoğlu ilə dostluq etmişdir. Əhməd bəyin oğlu Səməd Ağaoğlu “Babamın Arkadaşları” kitabında İbrahim bəyin həyatının son məqamları təsvir edilmişdir. İbrahim bəyin Malta adasına sürgün olduğu zaman yazdığı və sonralar əlavələr etdiyi “Xatirələr”i əlyazma şəklində Türkiyədə arxivdə saxlanılır.
Baba Allahnəzərov
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru