Azərbaycanın diplomatı İranda faciəvi şəkildə vəfat etdi - FOTO

Bu gün, 09:25           
Azərbaycanın diplomatı İranda faciəvi şəkildə vəfat etdi - FOTO
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu yol qəzasında vəfat edib.

Metbuat.az xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru