TƏCİLİ! Sumqayıtda DƏHŞƏT yaşandı - Yaralananlar var

Bu gün, 10:14           
TƏCİLİ! Sumqayıtda DƏHŞƏT yaşandı - Yaralananlar var
Sumqayıt bulvarı yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumatlara görə, saat 19:30 radələrində yolu keçmək istəyən iki piyadanı – gənc oğlanı "BYD" markalı minik avtomobili vurub. Zərbənin gücündən piyadalar ağır xəsarətlər alıblar.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyətinin son dərəcə ağır olduğu və reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Digər yaralının vəziyyəti isə həkimlər tərəfindən orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru