Gürcüstanda karantin qadağaları sərtləşdirildi

8-11-2020, 06:31           
Gürcüstanda karantin qadağaları sərtləşdirildi
Gürcüstanın böyük şəhərlərində koronavirusun yayılmasının qarşısını almaq üçün gecə hərəkətə məhdudiyyətlər tətbiq edilir.

KONKRET.az “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, bazar ertəsindən etibarən Tbilisi, Kutaisi, Zuqdidi, Batumi, Rustavi, Qori və Poti şəhərlərində hərəkət axşam saat 22:00-dan səhər saat 5:00-a qədər məhdudlaşdırılacaq.

Bu qadağa həm piyadalar, həm də şəxsi avtomobillər daxil olmaqla, nəqliyyat vasitələri üçün tətbiq olunacaq.

Məhdudiyyətlər beynəlxalq nəqliyyat, strateji əhəmiyyətli qurumlar, tibb müəssisələri, əczaçılıq müəssisələri və medianın fəaliyyətini təmin edən şəxslər və nəqliyyat vasitələrinə şamil edilməyəcək.

Müəyyən edilmiş qadağalar pozulduqda, iki min lari (min manatdan çox – red.) məbləğində cərimə nəzərdə tutulur.

Əlavə olaraq avtobuslarda və metroda ayaq üstə qalmaq da qadağan ediləcək. Buna sürücülər və polislər nəzarət etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru