Tramp İsrail və "Hizbullah"a çağırış etdi

Bu gün, 09:17           
Tramp İsrail və "Hizbullah"a çağırış etdi
ABŞ Prezidenti Donald Tramp İsraili və "Hizbullah" təşkilatıbnı hərbi əməliyyatları dayandırmağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.

Tramp qeyd edib ki, İsrail tərəfindən Livanda yeni hücumlar olmamalıdır, eyni zamanda "Hizbullah" da daxil olmaqla heç bir tərəf İsrailə qarşı hücumlar həyata keçirməməlidir.

"Bu, uzun və gözəl sülhün başlanğıcı ola bilər - bu şansı qaçırmayaq", - o bildirib.

ABŞ prezidenti, həmçinin ABŞ ilə İran arasında bölgəyə, o cümlədən Livana sülh gətirə biləcək razılaşmaya çox yaxın olduqlarını və bütün tərəflərin təmkinli davranmalı olduğunu əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru