MÜHAZİRƏ DƏFTƏRİMDƏN - Cavad xanın nəşinin üstündə Bəyimxanım/Mələk Nisə bəyimin nitqi

Bu gün, 09:14           
MÜHAZİRƏ DƏFTƏRİMDƏN - Cavad xanın nəşinin üstündə Bəyimxanım/Mələk Nisə bəyimin nitqi
Deyilənə görə,Cavad xan öldürüləndən sonra da Sisiyanov və əlaltıları üçün təhlükə mənbəyi olub,əhalinin nifrətindən və qəzəbindən qorxan ruslar Xanın təntənəli dəfninə mane ola bilməyiblər.
Bəzi mənbələrdə göstərilir ki, xanın tabutu topun lofedinə qoyularaq son mənzilə gətirilib,Cümə məscidinin həyətində kəhrizin yaxınında dəfn efilib.(1804 5 yanvar).
Onun dəfnində Bəyimxanım(Cavad xanın xanımı)nitq söyləyib!
Bu Bəyimxanım/Mələk Nisə bəyim şəkili Məmmədhəsən xanın bacısıdır.1830-cu ildə vəfat edib və qəbri Şəkidədir.
Cavad xanın Mələk Nisə bəyimlə izdivacından dünyaya gəlmiş Şirin bəyim də 1815-ci ildə şəkili Cəfərqulu xanın oğlu Əhməd xana verilmişdir.
Min səkkiz yüz dördüncü il Orucluq bayramı axşamı, yanvarın üçündən dördünə keçən gecə saat dörd radələrində mayor Lisaneviçin atdığı qəfil güllədən Cavadxan Gəncədə şəhid olur.
Bu həmin Lisaneviçdir ki, Qarabağ hakimi İbrahim xanın on yeddi nəfər ailə üzvünü gecə xaincəsinə yatdıqları yerdə qılıncdan keçirmişdi. Lakin günahsız qan yerdə qalmır.
Min səkkiz yüz iyirmi beşinci ildə lLisaneviç Dağıstan aullarından birində qətlə yetirilib. Deyilənə görə qarabağlı İbrahim xanın Dağıstandakı qohumları Lisaneviçdən intiqam alıblar. Sonra isə Cavadxanın meyidini məhz Gəncədə cümə məscidinin həyətində dəfn ediblər.
Məlik Nisə bəyimin bu nitqi əslində onun andı, gələcək nəsilə vəsiyyəti kimi qəbul oluna bilər. Bəyimxanımın bu nitqini Məmməd Səid Ordubadı yazır ki, rus mənbələrindən deyil, fars dilində olan bir mənzumədən Azərbaycan dilinə tərcümə etmişdir.
Müasir dövrə gəlib çıxan bu nitqi Kərbalayı Məhəmməd Hacı Ağazada qələmə alıb yazıb saxlamışdır.
Bu nitq məzmunundan aydın olur ki, xanın dəfnində o vaxtın çox hörmətli insanları iştirak ediblər.
Bir iki parçaya diqqət edək:
"Kədər əngər bir qaranlığa malik olan tabutunun bu qara taxtaları mənə bir günəşin zaman qürubunu andırır. Bu günəş sirət bir qəhrəmanmış, həm bir mücəssəm həmiyyət!
Ah, bu ğəyur qəhrəman yalnız bir həftə müqəddəm kəndi talar-i hökumətində tələqquf etmiş idi. Daha nələr deyim?
Ey tacidarım! Ölümünlə ağzımda dilimi yandırdın. Kaş sənin müsibətini görməyəydim, dilim dönməyəydi kəlmeyi-şəhadətimi deməyə. Bu faciə ilə gözümün işığını əlimdən aldın. Ya Rəbbim! Qəhrəman Cavadımdan sonra ölümünü məndən əsirgəmə!"
(Həmin nitqin əski əlifba ilə əlyazması...)
Dərs:
"19-cu əsr Azərbaycan ədəbiyyatı"
Müəllim və mənbə:
Prof.Sadıq Şükürovun qeydləri.
Vüsal Hicran














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru