Düşüməkdən keçib, əməl iş görmək zamanıdır.
Bu gün, 12:48

Azərbaycanda iqtisadi problemlərin artdığını artıq hamı görür, bunu rəsmi rəqəmlər, hətta rəsmi şəxslər də deyir, etiraf edir. Amma, hələ ki, mövcud problemlərin həlli istiqamətində ölkədə ciddi diskurs yoxdur, rəsmilər belə bir diskussiyadan yayınır, hələlik monoloq rejimində danışırlar, içində ciddi tezislər olmayan, vətəndaşın anlamadığı, yaranmış suallara aydınlıq gətirməyən müsahibələr verirlər.
Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik. Əsas problemlərdən biri də odur ki, biz varlanmırıq, gəlirlərə görə qonşulardan geri qalmağa başlayırıq – amma, bu nəticədir, səbəbləri isə iqtisadi, idarə etmə sisteminin özündə axtarmaq lazımdır.
2026-cı ilin birinci rübünün nəticələrinə görə qonşu ölkələr üzrə orta aylıq əmək haqqı açıqlanıb: Rusiya – 1367 dollar, Belarus – 975 dollar, Qazaxıstan – 927 dollar, Gürcüstan – 870 dollar, Ermənistan – 813 dollar, Azərbaycan – 677 dollar, Qırğızıstan – 534 dollar.
Rəqəmlərə görə bir tək Qırğızıstandan öndəyik – heç bir təbii resursu olmayan ölkədən. Yaxşı, bu vacib göstəriciyə görə biz niyə, məsələn, Gürcüstandan 193 dollar geri olmalıyıq ki?! Bu az bir məbləğ deyil axı, manatla 328 manat edir. Biz nə zaman deyinməyi buraxıb, problemlərin həlli moduna keçəcəyik?!
Natig Jafarli
TEREF

